“Qarabağ”ın ulduz futbolçusu Reynaldo müsahibələrinin birində fikrini azərbaycanca bölüşüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, AFFA-nın milliləşdirmək istədiyi Reynaldo müsahibələrinin birində, “Mən Azərbaycanı sevirəm” deyib. Braziliyalı futbolçu Azərbaycan millisinin şərəfini qorumaqdan məmnun olacağını ifadə etsə də, hələlik ona rəsmi təklifin gəlmədiyini vurğulayıb.
Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda verdiyi açıqlamada Reynaldonun milliləşdirilməsi ilə bağlı AFFA-ya müraciət edəcəklərini dilə gətirib.