Xəbər verdiyimiz kimi, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçimiz Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən də qalib ayrılıb.
Oxu.Az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqasa 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.
Amma Sinişin döyüşdən sonra sevincini yalnız məşqçisiylə paylaşa bilib. Belə ki, o, Azərbaycan bayrağını əldə etmək üçün zalda azarkeş axtarsa da, nə azarkeşlərimizi, nə də bayrağımızı tapa bilməyib.
Zal boyu bayraq axtarışına çıxan idmançımız sonda pərt olub və sevincini bayraqsız qeyd edib.
E.Ə.
www.oxu.az