Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti “Rizin” Bakıya gəlir.
Oxu.Az xəbər verir ki, “Landmark 7” turniri Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın ilk qarşılaşması noyabrın 4-də olacaq.
Bu münasibətlə sentyabrın 14-də mətbuat konfransı baş tutacaq. Tədbirdə “Rizin” Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara iştirak edəcək. Həmçinin, Azərbaycan döyüşçülərinin rəqibləri açıqlanacaq.
“Landmark 7”də Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov və Tural Rəhimov iştirak edəcəklər. Mətbuat konfransında döyüşün biletlərinin satışa çıxarılması elan ediləcək.
“Rizin” Bakıda turnir keçirəcək - VİDEO