UEFA Çempionlar Liqasında 1/8 final həyəcanına start verilib.
Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxtı Romada yerli komanda ilə Portuqaliyanın “Portu” klubu üz-üzə gəlib.
Gözlənildiyi kimi, bu görüşdən “Roma” qalib ayrılıb – 2:1. Qollar 70-79-cu dəqiqələrdə vurulub. Meydan sahiblərindən 19 yaşlı Nikolo Dzanyolo dubl edib. Portuqaliyalılar isə ispaniyalı hücumçuları Adryan Lopeslə fərqi azaldıb.
Qeyd edək ki, bu komandaların cavab görüşü martın 6-da Portuqaliyanın Portu şəhərində keçiriləcək.