“Qəbələ” futbol klubunun baş məşqçisi Roman Qriqorçuk inanır ki, onun komandası sabah Sebiya “Çukariçki”sinə qarşı oyunda sərfəli nəticə əldə edərək növbəti mərhələyə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə baş məşqçi bu gün keçirilən mətbuat konfransında deyib.
“İlk oyunumuz alınmadı. Sabah daha yaxşı oyun nümayiş etdirməliyik. Öz səhflərimizi analiz etmişik, sabah tamam başqa “Qəbələ” görəcəksiniz.
Əlbəttə ki, səfərdə buraxılmış qol işimizi çətinləşdirir. Biq qoldan çox vurmalıyıq, və qapımızı toxunulmaz saxlamalıyıq”.