Belçikanın "Brügge" klubunun hücumçusu Karlos Forbs Portuqaliya millisinin növbəti oyunlarında uzun illər yığmanın kapitanı Kriştiano Ronaldoya məxsus olmuş 7 nömrəli formanı geyinəcək.
Oxu.Az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Forbs Portuqaliya millisinin Danimarka ilə qarşılaşmasının 64-cü dəqiqəsində meydana daxil olub. Portuqaliya doğma meydanda rəqibinə 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 41 yaşlı Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 18 il yığmanın kapitanı olub. Beşqat "Qızıl top" mükafatçısı milli komandanın heyətində 234 oyun keçirib və 146 qol vurub.
Forbs isə indiyədək Portuqaliya millisinin heyətində yalnız bir oyun keçirib. O, 2025-ci ilin noyabrında DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla qarşılaşmada (9:1) meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb.