UEFA Millətlər Liqasında V turun oyunları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında Portuqaliya millisi doğma meydanda Danimarkanı qəbul edib.
Görüş qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb. Danimarka millisinin heyətində Rasmus Hoylund 43, 50 və 57-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Komandanın dördüncü qolunu isə 75-ci dəqiqədə Andersen vurub.
Ev sahiblərinin yeganə qoluna 90+3-cü dəqiqədə Bernardo Silva imza atıb.
Bu nəticədən sonra Portuqaliya millisi A Liqasının IV qrupunda 12 xalla liderliyini qoruyub. Danimarka isə 9 xalla ikinci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında günün digər nəticələrini təqdim edirik:
A Liqası, IV qrup
Norveç - Uels - 3:1.
B Liqası, II qrup
Gürcüstan - Macarıstan - 0:2;
Şimali İrlandiya - Ukrayna - 1:0.
III qrup
Kosovo - İsrail - 0:0;
Avstriya - İrlandiya - 1:0.
IV qrup
Rumıniya - Polşa - 2:1;
İsveç - Bosniya və Herseqovina - 3:2.