Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu Millətlər Liqasında İsveçə qarşı keçirdiyi oyunda yeni rekorda imza atıb.
“Eurosport” xəbər verir ki, dubl ilə yadda qalan futbolçu millidə vurduğu qolların sayını 101-ə çatdırıb.
Bununla da K.Ronaldu Avropa futbolunun tarixinə millidə ən çox qol vurmuş futbolçu kimi düşüb.
Dünyada isə bu rekord Azərbaycan əsilli iranlı futbolçu Əli Daeiyə (109 qol) məxsusdur.