Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə qrup mərhələsində vurduğu qolların sayına görə argentinalı forvard Lionel Messini geridə qoyub.
Oxu.Az bu barədə "Sovetskiy Sport" nəşrinə istinadla xəbər verir.
Bu göstəriciyə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya millisinin səfərdə Ermənistan yığmasını 0:5 hesabı ilə məğlub etdiyi matçda Ronaldunun dubla imza atması ilə nail olunub.
Hazırda Ronaldunun dünya çempionatının seçmə turnirlərində 38 qolu var, Messinin aktivində isə 36 qol qeydə alınıb.
Qeyd edək ki, dünya çempionatının seçmə turnirlərində qol rekordu Qvatemala millisinin sabiq hücumçusu Karlos Ruisə (39 qol) məxsusdur.