Yaponiyanın Baş naziri Siqeru İsiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa verəcəyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Siyasətçi qəfil açıqlamaya görə üzr istəyib.
Qeyd edək ki, İsiba LDP sədri postundan istefa verdiyinə görə, hökumət başçısı vəzifəsini də tərk edəcək. O, 2024-cü il oktyabrın 1-dən baş nazir vəzifəsini icra edirdi.
Yaponiyanın Baş naziri Siqeru İsiba istefa vermək niyyətindədir.
Oxu.Az bu barədə NHK telekanalına istinadla xəbər verir.
Bildirilir ki, baş nazir bu qərarı rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) parçalanmaya yol verməmək üçün verib.
Bazar ertəsi partiya sədrliyinə növbədənkənar seçkinin keçirilməsi məsələsi üzrə LDP-nin bütün indiki deputatları və rayon partiya təşkilatlarının nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə yekun vurulmalı idi.
Qeyd edək ki, iyulda keçirilən parlament seçkisindəki uğursuzluqdan sonra partiyada bir çoxları İsibanın istefasını tələb ediblər.