Rusiyanın “Rossiya 24” telekanalının Bakı-2015 Birinci Avropa Oyunları haqqında reportaj hazırlayıb.
Oxu.Az xəbər verir ki, reportajda Bakıda keçiriləcək Oyunlara sayılı günlər qaldığı, artıq məşəlin Azərbaycan paytaxtına gətirildiyi vurğulanır.
Bildirilir ki, məşəl şəhərin mərkəzi ilə daşınacaq, iyunun 12-də isə Olimpiya stadionunda yandırılacaq.
Materialda qeyd olunur ki, idmançılar idmanın 20 növündə mübarizə aparacaqlar. 1-ci Avropa Oyunlarında 100 olimpiya çempionu iştirak edəcək.
Hər yarış günü 5-dən 22-dək medal oynanılacaq. Ümumilikdə isə, 16 yarış günü ərzində 253 medal dəsti uğrunda mübarizə aparılacaq.
“Rossiya 24”ün Bakı-2015 haqqında süjetini təqdim edirik.