Yüngül çəki kateqoriyasında UFC çempionu Ronda Rouzi (12 qələbə - 0 məğlubiyyət) və çempionluğa namizəd, boks üzrə sabiq dünya çempionu Holli Holm (9 qələbə - 0 məğlubiyyət) arasında baş tutacaq ilin əsas qadın döyüşündən öncə çəkinmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Rouzi özünü yetərincə aqressiv aparıb və rəqibini cavab verməyə məcbur edib. İdmançıları zamanında ayırmaq mümkün olub.
Döyüş Avstraliyanın Melburn şəhərində UFC 193 turniri çərçivəsində noyabrın 15-də Bakı vaxtı ilə səhər saat 7-də başlayacaq.
F.H.
www.oxu.az