Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Yığmamız meydana əsas heyətlə çıxmamışdı.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Rusiyaya 0:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirən AFFA başçısı bu oyunun Bolqarıstan matçından əvvəl yaxşı sınaq olduğunu bildirib:
“Rusiya güclü komandadır. Futbolçuları belə rəqiblə oyunda sınamaq Bolqarıstanla rəsmi matçdan öncə yaxşı sınaq oldu. Komandamız gücünü Bolqarıstanla oyunda göstərməlidir”.