Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rövşən Nəcəf: "Çox istəyərdik ki, region klubları öz bölgələrində oynasınlar"
"I Liqadan yüksələn klublara bir il möhlət verilməsi qərara alınıb. Hələ yarış başa çatmayıb".
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
"Klubların adlarını çəkmək istəməzdim. Premyer Liqadakı klublarla da danışırıq ki, infrastruktur standartlara cavab versin. Çox istəyərdik və məqsədimiz odur ki, region klubları öz bölgələrində futbol oynasınlar. Bu, həm uşaq futboluna dəstək olacaq, həm də azarkeşlər üçün maraqlıdır. "Turan Tovuz"da görülən işləri nümunə göstərmək olar. Bura öz vəsaiti ilə gələn özəl investorlar var. Vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Futbolumuza töhfə vermək istəyənlərə zəruri şəraiti yaratmaq əsas işimizdir", - deyə R.Nəcəf bildirib.
Anar Həsənov
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan nümayəndəsi vəzifəsindən ayrıldı
- UEFA AFFA-nı millinin baş məşqçisinə görə cərimələdi
- Azərbaycanın daha bir stadionuna FIFA sertifikatı verildi
- AFFA cərimələri artıracaq, klublara dəstək ödənişi azaldılacaq
- Gənc futbolçularımızdan qol şousu - Hərəyə 38 dəfə fərqləniblər