Futbol üzrə Rusiya milli komandasının sabiq baş məşqçisi Stanislav Çerçesov Macarıstanın “Ferentsvaroş” klubunu çalışdıracaq.
Bu barədə məlumat Macarıstan klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.
Hələlik klub 58 yaşlı baş məşqçi ilə imzalanan müqavilənin şərtlərini ictimailəşdirməyib.
Qeyd edək ki, “Ferentsvaroş” klubu hazırda 35 xalla Macarıstan çempionatının turnir cədvəlində birinci yerdədir.
📣 Announcement: Stanislav Cherchesov is the new head coach of the football team of Ferencváros pic.twitter.com/M3hlNv3amU
— Ferencvárosi TC (@Fradi_HU) December 20, 2021