Rusiyanın futbol üzrə gənclərdən ibarət yığmasının (U-21) məşqçi qərargahı başda Dmitri Xomuxa olmaqla Avropa-2017 U-21 çempionatının seçmə oyunlarında iştirak edəcək komandanın tərkibini açıqlayıb.
Oxu.Az xəbər verir ki, yığma komandaya iki azərbaycanlı futbolçu – Ayaz Quliyev və Ramil Şeydayev dəvət edilib. Matç noyabrın 17-də Bakıda “Bayıl Arena” stadionunda, saat 17.00-da baş tutacaq.
Rusiya yığmasının tərkibi:
Qapıçılar: Anton Mitryuşkin (“Spartak” Moskva), İqor Obuxov (“Zenit” Sankt-Peterburq), Aleksandr Selixov (“Amkar” Perm).
Müdafiəçilər: Vyaçeslav Karavayev (“Yablonets Çexiya”), Yevgeni Kirisov (“Domodedovo” Domodedovo), Vitali Lıstsov (“Benfika” Portuqaliya), Mixail Merkulov (“Baykal” İrkutsk), Camaladdin Xocaniyazov (“Orxus Danimarka”), Nikita Çernov (MOİK Moskva), Vasili Çerov (“Krasnodar”, Krasnodar), Denis Yakuba (Kuban Krasnodar).
Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı “Lokomotiv” Moskva), Ayaz Quliyev, Konstantin Saviçev (hər ikisi “Spartak” Moskva), Mixail Zemskov (“Şinnik” Yaroslavl), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi “Dinamo” Moskva).
Hücumçular: Andrey Panyukov (“Ayaçço” Fransa), Ramil Şeydayev (“Rubin” Kazan).
F.H.
www.oxu.az