Rusiyanın futbol üzrə gənclərdən ibarət yığması komandası beynəlxalq turnirdə qələbə qazandıqdan sonra məşqçini və Çertanov futbol məktəbinin direktoru Nikolay Larini içirib sonra isə baş verənləri videokameraya çəkiblər.
Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, məşqçi o qədər sərxoş olub ki, güclə danışıb, aralarında Rusiya yığmasının hücumçusu Aleksandr Makarov olan futbolçular isə baş verənləri adekvat qəbul edə bilməyən məşqçini ələ salıblar.
“Afərin Yuriç! Özünü itirməmisən. Gəl, yenə içək. Şüşəni götür... Hər şey qaydasındadır, Yuriç. Gedək qızların yanına. Gedək? Gedək. Gedək vuraq...”, - Makarov deyir.
Hadisə keçən ilin sonunda Rusiya yığmasının qaldığı oteldə baş verib. Larin məşqçi qərargahına daxil deyil, onu turnirə o dövrdə Çertanov məktəbinin tələbələrinin gənclərdən ibarət yığmaya daxil olduqları üçün götürmüşdülər.
Larin özü şərh verməkdən imtina edib. “Mənə o videoda kimin olduğu və nəyin çəkildiyi maraqlı deyil. Bu barədə heç danışmaq istəmirəm. Mən ümumiyyətlə, söhbətin nədən getdiyini başa düşmürəm. Mənə daha zəng etməyin”, - məşqçi deyib.
Moskva Futbol Federasiyasının rəhbərliyi baş verənləri təkzib etməyib, qeyd ediblər ki, məşqçinin qələbəni şampan ilə qeyd etməyə haqqı var.
“Turnirdə qələbə qazanılmışdı, Nikolay emossional vəziyyətdə olub, oyunçular da, məşqçilər heyəti də şampan içiblər. Başqa heç nə. Sərxoşluqdan söhbət gedə bilməz. Komanda sadəcə qələbəni qeyd edib”, - MFF-nın baş direktoru Aleksandr Startsev bildirib.
Bu video sonradan telefonunu itirən “bayram”ın iştirakçılarındna biri tərəfindən çəkilib.
F.H
www.oxu.az