Azərbaycanın “Eurovision-2015” təmsilçisi Elnur Hüseynov “Turkmax”da yayımlanan “Sədəfli Ləzzətlər” verilişində qonaq olub.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Elnur türk dilini necə öyrənməsindən danışıb:
“Dili kitab oxumaqdansa danışaraq öyrənməyi daha çox sevirəm. “Möhtəşəm Yüz İl”i türkcə izlədim. Onun sayəsində dili öyrəndim”.