Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyalı idmançı Azərbaycan pasportu aldı
16 yaşlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.
İdmançı ağır onurğa zədəsi aldığını və Rusiyada iki mövsüm ərzində çıxış edə bilmədiyini bildirib.
Jilina bərpa prosesi zamanı ona dəstək olan hər kəsə təşəkkürünü ifadə edib:
"Artıq bir neçə ildir ki, həyatım Bakı ilə bağlıdır. Pasport aldım. Azərbaycan sevdiyim və ikinci Vətənim hesab etdiyim ölkədir. Keçidimə icazə verilməsini səbirsizliklə gözləyirəm!".
Qeyd edək ki, sabah Veronika Jilinanın 17 yaşı tamam olacaq.
Xatırladaq ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançının Azərbaycan yığmasına keçidini hələlik təsdiqləməyib.
"Fiqurlu konkisürmə" teqi üzrə xəbərlər
- Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"
- Veronika Jilinanın Azərbaycan bayrağı altında iştirakına icazə verilmədi
- Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı
- Rusiyalı idmançı Veronika Jilina Azərbaycan yığmasını təmsil edəcək
- ABŞ-də qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə Azərbaycanın sabiq çempionu da olub