Fevralın 14-də saat 12:00-da Rusiyanın TASS agentliyinin mətbuat mərkəzində Azərbaycanda keçiriləcək “Bakı 2015” I Avropa oyunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın gənclər və idman naziri, “Bakı 2015” Avropa oyunları üzrə Təşkilat Komitəsinin icraçı direktoru Azad Rəhimov iştirak edəcək.
Qeyd edək ki, “Bakı 2015” I Avropa oyunları 12-28 iyun 2015-ci il tarixində keçiriləcək.
www.oxu.az