UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Sabah" mühüm və tarixi bir oyuna çıxacaq.
Oxu.Az xəbər verir ki, Masazır təmsilçisi Bolqarıstanın ən köklü klublarından "Levski"nin Avropa turnirlərində üz-üzə gələcəyi 100-cü rəqib olacaq. Bu fakt paytaxt təmsilçisi üçün xüsusi əhəmiyyət daşıyır və oyunun tarixçəsinə əlavə bir motivasiya qatır.
Qeyd edək ki, indiyə qədər Bolqarıstan nəhəngi yalnız bir Azərbaycan klubu - "Bakı" ilə qarşılaşıb. 2009-cu ildə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutan həmin duel "Levski"nin xeyrinə başa çatmışdı: səfərdə 0:0, evdə isə 2:0 hesablı qələbə.
"Sabah"la "Levski" arasında ilk oyun bu gün - avqustun 7-də Sofiyada, "Georgi Asparuhov" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 14-də Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutacaq.