Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” FK bir neçə futbolçu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, ukraynalı Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadə ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əvəzində Bakı klubu dünən “Neftçi”dən ayrılmış Rəşad Eyyubovla 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Sabah” qış fasiləsinə 17 xalla IV sırada yollanıb. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə dueldə mübarizəni dayandırıb.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər