Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Sabah"ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Təmsilçimiz "Sabah"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Paytaxt təmsilçisi I təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda AEK (Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları iyulun 24-də, cavab görüşləri isə 31-də baş tutacaq. Təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.
"Sabah" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları 24-31 iyulda keçiriləcək.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.