Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Sabah"ın baş məşqçisi : "Bəzi çatışmazlıqlarımız var"
"İlk oyunda məğlub olmuşuq. Bilirik ki, sabah çox ağır oyun olacaq."
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç "Sent Patriks"lə oyundan əvvəl deyib.
Xorvatiyalı mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçından əvvəl keçirilən mətbuat konfransında komandaların mərhələ adlamaq şanslarının bərabər olduğunu bildirib:
"Şanslar hər iki komanda üçün bərabərdir. Çalışacağıq ki, şansımızdan istifadə edək. Sabah üçün hazırıq. Bəzi çatışmazlıqlarımız var. İvan Lepiniça qırmızı vərəqəyə görə cəzalıdır. Bunun həllini tapmağa çalışacağıq. İlk hissədə oyuna nəzarət edirdik. Azlıqda qaldıqdan sonra möhtəşəm performans göstərə bilməzdik. Fakt odur ki, biz uduzmuşuq. İlk oyundan əvvəl də demişdim ki, şanslar 50/50-dir."
Renduliç komandada eniş olmadığını vurğulayıb: "Futbolda belə şeylər baş verir. "Makkabi" ilə oyunumuz bəlkə də üç saat çəkdi. 72 saatdan az bir müddət sonra "Şamaxı" ilə oynadıq. Həm də saat 17:30-da. Əlbəttə, bu, bəhanə deyil. Amma həmin matçdan sonra bəzi oyunçularımız zədələndilər. Bundan öncə də Ayaz Quliyev zədələnmişdi. "Şamaxı" ilə görüşdə qapımıza 2 zərbə oldu, ikisi də qolla nəticələndi. Bu, futboldur. "Zirə" ilə matçda penaltiyə qədər oyun bərabər gedirdi. Penalti oyunun taleyini həll etdi."
Qeyd edək ki, "Sabah" səfərdə "Sent Patriks"ə 0:1 hesabı ilə məğlub olub.
Anar Həsənov
"Sabah FK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşdi
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Samir Abasov azarkeşlərdən üzr istədi
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə