Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb
ADY Gürcüstanın dəmir yolu təşkilatı ilə "BTKI Railways" MMC adlı birgə müəssisə yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.
ADY Gürcüstanın dəmir yolu təşkilatı ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaratdı
— Rovshan Rustamov (@rrustamovaz) August 14, 2024
Yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli… pic.twitter.com/f4CKvGvUz3
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Bakı-Xırdalan-Sumqayıt qatarında YUBANMA VAR - Səbəbi açıqlandı
- Qatarı dayandıran inəyə görə səkkiz min manat CƏRİMƏ
- Selin fəsadı ilə bağlı RƏSMİ CAVAB: "Siyəzəndə dəmiryol ərazisində ziyan olmayıb"
- ADY: "Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur"
- Yevlax-Ağdam dəmir yolunun yenidən qurulması nə vaxt başa çatacaq?