Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var
"Oğuz-Qəbələ xətti vasitəsilə içməli su ilə təmin olunan ərazilərə alternativ mənbələr hesabına suyun verilməsi üçün bütün işlər görülür".
Bunu "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu deyib.
O bildirib ki, indiki məqamda suyun bütün evlərə gəlib çatmasında problem var:
"Çünki Oğuz-Qəbələ xəttindən əlavə xətlərlə şəhərə gələn su digər əraziləri qidalandırır. Bütün bu kimi təbii çətinliklərə baxmayaraq, müxtəlif qrafiklər üzrə qısa zaman müddətində sakinlərə su verilir".
Qeyd edək ki, Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparması nəticəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsində problem yaranıb. Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Rafiq Aslanov: "Azərbaycanda ötən il milyard kubmetrlərlə su itkiyə gedib"
- Lökbatanda acınacaqlı vəziyyət: Görüntülər fəlakət filmlərindən kadrları xatırladır
- ADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
- Yağışın yaratdığı problemlərin qarşısı necə alınacaq? - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
- III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişdi