UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan təxminən 40 dəqiqə sonra - 21:10-da başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Sabah" klubu məlumat verilib.
Bildirilib ki, buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün bildirək ki, "Orhus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.

Qaynar xətt:
(055) 224 12 12