AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, buna XII turda "Şamaxı" ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub.
"Sumqayıt" evdə "Qarabağ"a 2:4 hesabı ilə uduzduğu görüşdə müdafiəçisi Rayan Senhaci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün klub 500 manat cərimə ödəməli olacaq.
Eyni zamanda, futbolçuya isə biroyunluq cəza tətbiq olunub.