"Sabah" klubunun UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
"Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubuna məğlub olsa, Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya Krayova" (Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12