İranın Hava Hücumundan Müdafiə (HHM) sistemləri ölkə ərazisi üzərində Polşa istehsalı olan ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TVP telekanalı yayıb.
Məlumata əsasən, vurulan aparat Polşanın "uAvionics" şirkəti tərəfindən istehsal edilən "Tiguar" adlı yüngül kəşfiyyat dronudur.
Dronun qanad genişliyi 4.1 metr, uzunluğu isə təxminən 2.3 metr təşkil edir. "Tiguar" havada fasiləsiz olaraq 20 saata qədər qala bilir. PUA müxtəlif kəşfiyyat avadanlıqları, o cümlədən 30 dəfə yaxınlaşdırma imkanı olan və bütün hava şəraitləri üçün nəzərdə tutulmuş videokamera, həmçinin termal kamera ilə təchiz edilib.
TVP-nin sorğusuna cavab olaraq "uAvionics" şirkətinin nümayəndəsi təsdiqləyib ki, onlar öz məhsullarını xaricə, o cümlədən Amerika Birləşmiş Ştatlarına ixrac edirlər.