"Qarabağ" klubunun UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
"Qarabağ" Bolqarıstanın "ÇSKA Sofiya" səddini keçsə, "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu turun oyunları avqustun 6-da və 13-də keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12