Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Sabah" - "Makkabi" matçının hakimləri bəlli olub
"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi cavab matçının hakimləri bəlli olub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Peter Kraloviçdir. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək "Sabah" - "Makkabi" oyunu Bakı vaxtı saat 20:00-da başlayacaq.
"Sabah FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar