Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikael Forrest: "Fransa müstəmləkə xalqlarına qarşı cinayətlər törədir"
"Fransada siyasi məhbus statusu yoxdur, amma bu ölkə bizim sakinləri siyasi məhbus qismində saxlayır".
Oxu.Az xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa özünü beynəlxalq hüquq üzrə zirvə sayır, amma müstəmləkə altında saxladığı xalqlara qarşı cinayətlər törədir:
"Beynəlxalq Azadlıq Cəbhəsi bizi beynəlxalq səviyyədə bir araya gətirən qurumdur. Fransa hakimiyyəti bizim xalqımıza qarşı diskriminasiya aparır. Fransada seçki olanda mövcud hakimiyyət bizim səsvermə hüququna mane olur. Halbuki, müstəqillik bütün xalqların əsas hüququdur. Bizim tanınmağımız da bizim üçün beynəlxalq hüququn subyekti olmağımız istiqamətində bizə imkanlar yaradacaq".
Aqil Vəlili
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Yeni Kaledoniya lideri azadlığa çıxdı
- Fransanın kanaklara qarşı zorakılığı: Məhbuslar zorla deportasiya olunurlar
- BTQ və "Nazione" təşkilatı Əməkdaşlıq Memorandumu imzalayıblar
- Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir
- Yeni Kaledoniya müstəqillik referendumuna hazırlaşır - Fransanın təzyiqləri artacaq