İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisində HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə öldürüb.
Oxu.Az İsrail müdafiə ordusunun "Telegram" kalanına istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyıb.
"Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır", - deyə məlumatda bildirilib.