Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Abbas Abbasov: "Müstəmləkə siyasətindən əziyyət çəkən xalqların da bizə qoşulacağını düşünürük"
"Fransanın müstəmləkə siyasətinə qarşı yeni cəbhə - Beynəlxalq Azadlıq Cəbhəsi - müasir dünyada kolonializmə qarşı mübarizədə yeni və güclü silahdır".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Beynəlxalq Azadlıq Cəbhəsi bir çox insana ədalətin bərqərar olmasına, müstəqilliyə nail olmağa kömək edəcək:
"Gələcəkdə sayımızın əhəmiyyətli dərəcədə artacağını və müstəmləkə siyasətindən əziyyət çəkən digər xalqların da bizə qoşulacağını düşünürük".

Aqil Vəlili
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- İlham Əliyevin islamofobiyaya qarşı müraciəti BMT sənədi kimi yayılıb
- Lorens Rudolf Qonşor: "Biz Azərbaycanın diqqətindən çox məmnunuq"
- Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
- Murat Özkale: "Müstəmləkəçilik və onunla mübarizə yolları tədris proqramına əlavə edilməlidir"
- Şakib Benhafri: "Fransa müstələməkəsində olduğu əraziləri özününküləşdirmək istəyir"