Bakıda beynəlxalq şahmat festivalı başlayacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Şahmat federasiyasından verilən məlumata görə, “Baku Open 2013” festivalı sentyabrın 19-da Novxanıda başlayacaq.
Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “Baku Open 2013” beynəlxalq şahmat festivalı A (güclülər ) və B (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarətdir.
Festivalda ölkəmizlə yanaşı 18 ölkədən 224 şahmatçı (33 beynlxalq qrossmeyster,28 beynəlxalq usta və 9 FİDE ustası) qələbə uğurunda mübarizə aparacaq.
Oyunlar hər gün saat 15:00-da başlayacaq.
İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir.