“Sabah” FK üç futbolçuyla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, klubla müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete “Sabah”da olmayacaq.
Qeyd edək ki, Dağıstan əsilli millimizin sabiq üzvü Məhəmməd Mirzəbəyov və Qvineya əsilli fransalı Amadu Diallo 2019-cu ilin iyun ayından Bakı komandasının uğurları üçün çalışırdı. Uruqvaylı qapıçı Alvaro Vilyete isə ötən ilin sentyabr ayında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.