Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan VII beynəlxalq super turnirdə iştirak edəcək sabiq dünya çempionu Vişvanatan Anand “Instagram” səhifəsindən azarkeşlərinə müraciət edib.
O, tezliklə Azərbaycanda mərhum şahmatçının xatirə turnirinə qatılacağını bildirib.
Qeyd edək ki, Anand ABŞ təmsilçisi Fabiano Karuana ilə birlikdə yarışın reytinq favoriti hesab olunur.
Adıçəkilən idmançılarla yanaşı, turnirdə qalib adı uğrunda daha 6 şahmatçı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan) və David Navara (Çexiya) mübarizə aparacaq.
Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaq. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Turnirə “Fairmont Baku” hoteli ev sahibliyi edəcək.
Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 (2016, 2017) dəfə turnirin qalibi olub. Ötən il isə turnir koronavirus pandemiyası ilə əlaqədar keçirilməyib.
Посмотреть эту публикацию в Instagram
"Macarıstan" teqi üzrə xəbərlər
- Macarıstanın baş naziri telefon oğurlamaqda ittiham olunur
- Diplomatik gərginlik: Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır
- Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
- Macarıstanın baş nazirinin toxunulmazlığı ləğv edildi - ŞOK OĞURLUQ İTTİHAMI
- Macarıstanın baş nazirinə çıxışı zamanı yumurta ATDILAR - VİDEO
Digər xəbərlər