Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabiq komandası Dani Alveşdən təzminat tələb edir
Meksikanın "Pumas" futbol klubu həbsxanada olan Dani Alveşdən təzminat tələb edir.
Oxu.Az sport.es nəşrinə istinadən xəbər verir ki, "Pumas" Alveşin zorlama işinə görə həbsxanada olmasının klubun imicinə xələl gətirdiyini iddia edir və sabiq müdafiəçidən altı milyon avro təzminat istəyir.
Alveşin məhkəməsi martın 25-də olacaq.
Dani Alveş 2022-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "Pumas"da çıxış edib. Futbolçunun həbs olunmasından sonra klub onun müqaviləsinə xitam verib. Dani Alveş 2023-cü ilin yanvarında həbs olunub.
Keçmiş braziliyalı oyunçu karyerası ərzində "Sevilya", "Yuventus", "Barselona", PSJ kimi klublarda çıxış edib.
"Barselona FK" teqi üzrə xəbərlər
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?
- "Barselona"nın ulduzu UEFA Çempionlar Liqasında ən çox qol vuran braziliyalı oldu
- UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinə adlayan ilk komanda məlum oldu
- Məhəmməd Salahın meneceri futbolçunu "Barselona"ya təklif etdi