Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur türkiyəli müğənni Balidə xəstəxanalıq oldu
Məşhur türkiyəli müğənni Melek Mosso Balidə xəstəxanalıq olub.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Qeyd edək ki, Melek Mosso və həyat yoldaşı Serkan Sağdıç bir müddət əvvəl boşanacaqları iddiaları ilə gündəmə gəlmişdilər.
Müğənni uzun illər eşq yaşadığı Serkan Sağdıç ilə 2023-cü ildə ailə həyatı qurub. Ötən həftələrdə cütlüyün bir-birini izləmədən çıxarmaları isə onların boşanacağına dair xəbərlərin yayılmasına səbəb olmuşdu. Lakin evliliklərindəki böhranı aradan qaldıran cütlük birlikdə tətilə yollanıb.
Melek Mosso və Serkan Sağdıç əvvəlcə Şri-Lankaya, daha sonra isə Baliyə gediblər.
Lakin müğənni Balidə tətil zamanı allergiyası tutub və xəstəxanaya yerləşdirilib. Bədənində səpgilər ortaya çıxan Mosso xəstəxanadan paylaşım edib, qollarının və ayaqlarının vəziyyətini göstərib.
"Allergiyadan çəkdiyim əziyyəti heç bir şeydən çəkmirəm", - deyə müğənni paylaşıma şərh verib.