"Fənərbağça"nın prezidenti Sadettin Saran çempionluq yolunda komandasını həvəsləndirmək üçün yeni addım atıb.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, o, mövsümün sonunda titul qazanılacağı təqdirdə futbolçulara nəhəng mükafat vəd edib.
İstanbul nəhənginin rəhbəri qarşıdakı həlledici beş görüşün hamısında qələbə qazanılarsa, kollektivə 10 milyon avro dəyərində bonus ödəyəcək.
Bununla yanaşı, Saran komandadakı əhvali-ruhiyyəni daha da yüksəltmək məqsədilə futbolçuların bu günə qədər yığılıb qalan bütün maaşlarını tam şəkildə ödəyib.
Qeyd edək ki, arxada qalan 29 turdan sonra 66 xala malik olan "Fənərbağça" turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionatın lideri "Qalatasaray"ın aktivində isə 68 xal var. İki əzəli rəqib aprelin 26-da möhtəşəm derbidə üz-üzə gələcək.