Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).
M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-breykdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədova ilə tay-breykdə qarşılaşacaq.
Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-breykdə müəyyənləşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
"Şəhriyar Məmmədyarov" teqi üzrə xəbərlər
- Şəhriyar Məmmədyarov dünya reytinqində 11-ci oldu
- Şəhriyar Məmmədyarov və Rauf Məmmədov cütünün qalibi müəyyənləşmədi: Yenidən üz-üzə gələcəklər
- Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirilib
- Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün BƏLLİ OLACAQ
- Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq