Xantı-Mansiyskdə keçirilən 20 yaşa qədər gənclər arasında şahmat üzrə Dünya çempionatının ikinci günü oğlanlarımız üçün sevincli, qızlarımız üçün isə məyusedici keçib.
Oxu.Az xəbər verir ki, Misraddin İsgəndərov fransız Rafael Dutreulun müqavimətini qıra bilib, Ülvi Bacarani isə serbiyalı Miloş Ratkoviçə qarşı bərabər mövqeyi kəskinləşdirdi və onun riski gözlənilən nəticəni verdi – hücum serbin topunun vurulması və şahının matı ilə nəticələndi.
Nicat Abbasov qara fiqurlarla Sayın Janata qarşı (Qazaxıstan) mövqeyi bərabərləşdirməyi bacardı və rəqiblər sülh ilə ayrıldılar.
Günay Məmmədzadə, Aytən Əmrayeva, Səbinə İbrahimova partiyalarını uduzublar, Ülviyyə Fətəliyeva isə heç-heçə oynayıb.
Qarşıda hələ 11 oyun var.