Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şahmat üzrə Namizədlər turniri Azərbaycanda keçirilə bilər - FOTO
“Bu, Azərbaycan tarixində ilk Dünya Kuboku deyil. Artıq ikinci dəfə mötəbər turnirə ev sahibliyi edəcəyik”.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, belə bir yarışın Azərbaycanda təşkil olunması Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən ölkəmizə göstərilən böyük etimaddır:
“Dünya Kubokunda rekord sayda azərbaycanlı şahmatçı iştirak edəcək. 13 kişi, beş qadın şahmatçımız yarışacaq. Təşkilatçılıq təcrübəmiz olduğuna görə bu yarışın keçirilməsi yüksək səviyyədə olacaq. Eyni zamanda izləyicilər barışmaz, ədalətli mübarizə izləyəcəklər. Bütün iştirakçılara uğur arzulayıram”.
M.Məmmədov gələcəkdə Namizədlər (İddiaçılar) turnirinin və dünya şahmat tacı uğrunda görüşlərin ölkəmizdə təşkil olunmasını istisna etməyib:
“Azərbaycan ən yüksək səviyyəli yarışlar keçirib. FIDE həvəslə bizə bu icazəni verir. Vaxtaşırı böyük yarışlarla bağlı konkurslarda iştirak edirik. Namizədlər turniri və dünya çempionluğu oyunlarını da istisna etmək olmaz. Hazırda bunlar planlarda var. Amma tək bizdən asılı deyil, həm də dövlətin qərarıdır. Ümid edirəm ki, bu mərhələyə çatacağıq”.
Qeyd edək ki, Dünya Kuboku 29 iyuldan 24 avqusta qədər davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
"Şahmat" teqi üzrə xəbərlər
- FIDE-nin reytinq siyahısı tərtib olunub - Şəhriyar Məmmədyarov geriləyib
- FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri son görüşünü keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər
- Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar