Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Şahruddin Məhəmmədəliyev uzun müddət sonra ilk dəfə əsas heyətdə meydana çıxacaq](https://images.oxu.az/2024/12/04/pLV78rktCxxkRtenEsslAVSWCch9fIycbNl1iKeP:1200.jpg)
Şahruddin Məhəmmədəliyev uzun müddət sonra ilk dəfə əsas heyətdə meydana çıxacaq
"Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev uzunmüddətli zədədən sonra "Qəbələ" ilə görüşün əsas heyətinə daxil edilib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanov "Qəbələ" ilə görüşdə meydana buraxacağı əsas heyəti açıqlayıb.
Belə ki, Qurban Qurbanov əsas heyətdə Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda (k), Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Marko Veşoviç, Abdullah Zubir, Patrik Andrade, Yassin Benzia, Marko Yankoviç, Olavio Juninyo və Aleksey Kaşuku meydana buraxacaq.
Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular isə Fabian Buntiç, Mateus Koxalski, Sadiq Məmmədzadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə, Mateus Silva, Redon Cica, Leandro Andrade və Emanuel Addaidir.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 16:00-da start götürəcək.
Bu cütün qalibi 1/4 final mərhələsində "Səbail"lə üz-üzə gələcək.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ"ın yeddiilik seriyası qırılıb
- "Zirə" möhtəşəm geridönüşlə "Qarabağ"ı məğlub etdi
- UEFA reytinqi: "Qarabağ" bir pillə geriləyib
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"
- UEFA Avropa Liqasında sonuncu oyun üçün Yunanıstana yollanacaq "Qarabağ"ın səfər proqramı bəlli olub
Rəylər