Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şahruddin "Sabah"dan 300 min dollar istədi
"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.
Belə ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.
Sportinfo.az xəbər verir ki, millinin "1 nömrə"sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir. "Şah"ın ürəyindən keçən illik məbləğ 300 min dollardır.
Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.
O, 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. Klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- "Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?
- Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır
- Şahruddin Məhəmmədəliyevin yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır