Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şahruddin yenə kobud səhvə yol verdi - VİDEO
Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə superliqasının 19-cu turunda “Başakşehir”lə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, yığmamızın qapıçısı bu qarşılaşmada kobud səhvi ilə yadda qalıb.
Belə ki, o, matçın 71-ci dəqiqəsində qapıçı meydançasından topu səhvən rəqib klubun futbolçusuna ötürüb. Həmin futbolçu Ş.Məhəmmədəliyevin bu səhvini fürsətə çevirərək, qol vurub.
Lakin hakim həmin qolu qeydə almayıb. Çünki “Başakşehir”in futbolçuları topdan öncə cərimə meydançasına daxil olublar.
Qeyd edək ki, oyun qolsuz bərabərliklə başa çatıb.
Şahruddin yenə kobud səhvə yol verdi - VİDEO
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- Azərbaycan millisi Belarusla görüşdə qələbə üçün nə etməlidir?
- Şahruddin millinin düşərgəsindən UZAQLAŞDIRILDI - SƏBƏB...
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Türkiyə klubu Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
Ən çox oxunanlar