"Qızlarımın 24 yaşınadək oğlanlarla görüşməsinə icazə vermirəm".
Oxu.Az xəbər verir ki, bunu "The Big Podcast" proqramına açıqlamasında NBA-nın canlı əfsanəsi Şakil O'Nil deyib.
Onun sözlərinə görə, qızları ilə maraqlanan oğlanların əsasən ali təhsilli olmalarına önəm verir:
"Qızlar daha ağıllı və düşüncəlidirlər. Əvvəlcə müstəqil şəkildə xoşbəxt olmağı öyrənməlidirlər. Qızlarımı bir az daha çox sevirəm. Kişi qadını qorumalı və ona baxmalıdır".
Şakil O'Nil bildirib ki, qızları evdə ata-anası ilə istədikləri qədər qala bilərlər və onların təhsil xərclərini tamamilə özü qarşılayacaq.
Lakin keçmiş basketbolçu oğulları ilə bağlı eyni yanaşmanı sərgiləmir. O əlavə edib ki, oğlanlar 18 yaşlarını tamamladıqdan sonra evdən çıxmalıdırlar.