Amerikalı komediyaçı və aktyor Bill Bellami qonaq olduğu podkastda məşhur basketbolçu Şakil O'Nillə bağlı maraqlı bir hadisəni bölüşüb.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, onun sözlərinə görə, Şakil O'Nil elektroşokerini yoxlamaq üçün onlara min dollar təklif edib:
"O vaxtlar elektroşoker hələ satışda deyildi, amma onda var idi. Bu olmuş hadisədir. Biz səkkiz nəfər mətbəxdə oturmuşduq və o, qutunun gətirilməsini istədi. Biz qutuda saat və ya buna bənzər bir şey olduğunu düşündük. O, qutunu açdı və içindən elektroşokeri çıxardı. Sonra isə bizdən - "Hansınız mənə icazə verəcək ki, bunun necə işlədiyini yoxlamaq üçün ona vurum? Min dollar verəcəyəm", - deyə soruşdu".
Billin sözlərinə görə, içəridəkilərdən biri Şakil O'Nilin təklifi ilə razılaşıb və bundan sonra onlar təşvişə düşüblər:
"Hamı qışqırmağa başladı: "Dayanın! Onun üstünə su tökün".