Bakıda 47 yaşlı kişi qəbiristanlıqda ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabrın 2-si saat 18 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Bakıxanov qəsəbə sakini, 1978-ci il təvəllüdlü İqor Mixayloviç İlkov yaxınlarının məzarını ziyarətə gedib. O, qəbiristanlığın girişində infarktdan ölüb. İ.İlkovun meyiti qəbiristanlıq işçiləri tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli